Azərbaycan Texnologiya Universiteti
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Texnologiya Universiteti | |
---|---|
40°41′19″ şm. e. 46°23′13″ ş. u.HGYO | |
Əsası qoyulub | 10 iyul 1980 |
Şəhər | Gəncə |
Ölkə | |
Ünvan | Gəncə, Şah İsmayıl Xətai prospekti, 103 AZ 2011 |
Sayt | atu.edu.az |
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb.[1]
Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur.
Maddi-texniki bazası
[redaktə | mənbəni redaktə et]Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir.
Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Rektorlar
[redaktə | mənbəni redaktə et]- İsmayıl Sadıxov (1980 – 1981)
- Rəhim Rəhimob (1981 – 1986)
- Tofiq Qocayev (1986 – 1992)
- Şəmsəddin Mütəllimov (1992 – 1993)
- Namiq Əsgərov (1993 – 1994)
- Vidadi Məmmədov (1994 – 2000)
- Akif Süleymanov (13.03.2013 – 19.07.2022[2])
- Yaşar Ömərov (25.07.2022 — hal-hazırda)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "UTECA-nın tarixi" (az.). Azərbaycan Texnologiya Universiteti. 16.03.2023 tarixində arxivləşdirilib.
- ↑ "A.Ş.Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- uteca.edu.az/index.php — Rəsmi saytı