Ədviyyat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ədviyyat — xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar.

Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır.

Ədviyyat həm də iştaha açıcıdır.

Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır:

Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.

Bir çox halda, ətirli otlar xörək üçün lazım olan məhsulların əsas hissəsini təşkil edir.

Ətirli otlar təzə və ya quru halda istifadə edilir. Azərbaycan mətbəxini ləzzətini daha da artırmaq üçün istifadə olunan əsas ətirli otlar bunlardır:

Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var.