Lin (Roma papası)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lin
lat. Linus PP.
Şəxsi məlumatlar
Doğum tarixi 10
Doğum yeri
Vəfat tarixi 79
Vəfat yeri
Dəfn yeri
Dini Xristianlıq, Katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lin (10, Toskana79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir.

Papalıq Hakimiyyəti Sələfi Xələfi
67 – 23 sentyabr 76 Müqəddəs Pyotr Klet

Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir.[1]

Papalıq dövrü

[redaktə | mənbəni redaktə et]

Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi. Sonradan papa olacaq I Klementi piskoposluğa təyin etmişdir. Lakin, o dövrdə "Xristianlıq" dini hələ bir o qədərdə yayılmadığı üçün Anakletusa da başqa bir bölgədə yepiskopluq vəzifəsini vermişdi.

Papa Linus, həvarilərin də qərarı ilə "Peter" ünvanını almışdır. Bəzi mənbələrə görə bunun səbəblərindən biri, Papa Linus dövründə xristianlığın əhəmiyyətli ölçüdə yayılmış olmasıdır. Həmçinin, Papalıq etdiyi dövrdə kilsəyə girən qadınların başlarının bağlanmasını ilk o bildirmişdir.

Şəhid olması və iddialar

[redaktə | mənbəni redaktə et]
Petrobulus, Hermas, Linus, Sayus, Filoloqus

Roma imperatoru Neron zamanında onun tərəfindən şəhid edilmişdir.[2] Bunu sübut edəcək heç bir sənədin olmamasına baxmayaraq "anım günü" 23 sentyabrda qeyd edilir.[3] Şəhid olduğunu müdafiə edənlər, şəhid olmasını belə ifadə etməkdədirlər:

" Roma İmperatoru Neron (Romanın ən mərhəmətsiz İmperatorlarındandır. Anasını və yoldaşını öldürmüşdür) xristianlara zülm etməyə başlamışdı. Çünki, xristianlıq ona görə qəbul edilə bilməz. Xristian düşməni idi. Xristianlığı aradan qaldırmaq üçün xristian kilsələrini bağlamağa, xristian din adamlarını və xristian insanları edam etməyə başlamışdı. Xristianların malları yağmalanır və öldürülürdü. Bunun üzərinə Papa Linus, xristian xalqının özünə sığınması üçün onları qoruma altına almışdı. Ancaq, Roma əsgərləri burayada hücum etmişdilər. Meydana gələn böyük qarışığlıqda, Papa Linus şəhid edilmişdi. Digər Xristianların çoxu qətl edilmiş və əsir alınmışdı. "

Ancaq bu xristianlığı yox etmək istəyərkən, əksinə daha da gücləndirdi. Linusdan sonra papa olan Anakletus, xristianlığı daha da yaymışdı. Nerondan sonra Roma İmperatorluğu, xristianlığı qəbul etdi və senata Papaları da daxil etməyə başladılar.

Digər iddialara görə, Papa Linus bir xəstəlik səbəbindən öldüyü bildirilir. Lakin, din kitablarısənədlərdə, bunu dəstəkləyən dəlil və iddia yoxdur. Bu yalnız bəzi seqmentlər tərəfindən düşünülməkdədir.

Müqəddəs Papa Linusun məzarının yeri tam olaraq bilinmir. İddia edilən məzar 1615-ci il tarixində Torrigio adlı adam tərəfindən İtaliyada tapılmışdı. Məzarın üstündə, yazılan yazı "Linus" idi. Lakin, sonrakı zamanlarda aydın oldu ki "Anullinus" adlı birinin ilk 4 hərfinin düşməsi səbəbiylə belə olduğu iddia edilmişdir.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  1.  (ing.) 2 Timothy 4:21 Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine
  2.  (ing.) Church History 3.2 Arxivləşdirilib 2020-12-06 at the Wayback Machine
  3.  (ing.) Martyrologium Romanum (Libreria Editrice Vaticana, 2001 ISBN 88-209-7210-7

Xarici keçdilər

[redaktə | mənbəni redaktə et]