Zəngiçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəngi çayı
azərb. Zəngi çayı‎, erm. Հրազդան գետ
Ölkə  Ermənistan
Region
Mənbəyi Göyçə gölü
 • Yüksəkliyi 1 926 m
Mənsəbi Araz çayı
 • Yüksəkliyi 826 m
Uzunluğu 141 km
Su sərfi 17,9 m³/s
Su hövzəsi ArazKürXəzər
Hövzəsinin sahəsi 2 560 km²
Zəngiçay (Ermənistan)
mənbəyi
mənsəbi
Arpa çayı Azərbaycanın fiziki xəritəsində:

40°00′02″ şm. e. 45°33′04″ ş. u.HGYO

39°28′14″ şm. e. 44°56′54″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəngi çayı və ya Razdan çayı[1] (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — İrəvan quberniyasının Eçmiadzin, Novobayazid və İrəvan qəzalarında çay adı[2][3]

Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Zəngi çayının balıq sərvəti çox olmuşdur. Çaydakı ala balıq isə bu sərvətin tacı sayılırdı. Ceyms Moriyer yazırdı ki, bu balıq Xəzər dənizindən gətirilən qızıl balığa bərabər tutulur. Göründüyü kimi, çayın sərvəti elə bu torpağın sərvəti qədər zəngindir. Zəngi çayından xüsusi kanallar vasitəsilə Zəngibasar bölgəsinin Zəhmət, Qaraqışlaq, Dəmirçilər, Rəhimabad, Mehmandar, Çobankərə, Ağca Qışlaq, Hacıelyas, Aşağı və Yuxarı Nəcili, Zəngilər, Şollu, Dəmirçi və Sarvanlar kəndlərinin əkin sahələri su ilə təmin olunurdu. Çobankərədən keçən kanal Xatın arxı ilə Eçmiədzin ərazisində birləşirdi. Xatın arxını isə 1670–1680-ci illərdə İrəvan hakimi Səfiqulu xanın arvadı Xatın xanım çəkdirmişdir. Məhz bu səbəbdən əhali həmin kəndləri Yuxarı və Aşağı Xatın arxı, suvarma kanalını isə Xatın arxı adlandırmışdır. İrəvan quberniyasında, indiki Ermənistanda çay adıdır. Bu çay başlanğıcını Göyçə gölündən götürür. Axta (Razdan), Sevan rayonlarından, İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür.[4]

Tarixi adı haqqında, toponimi

[redaktə | mənbəni redaktə et]

Çayın adı qıpçaqların zəngi tayfasının adı[5][6] əsasında əmələ gəlmişdir. Etnohidronimdir. Tarixi Azərbaycan torplaqlarında məskunlaşdan ermənilər çayın adını dəyişdirərək Razdan qoyublar.[7]

"Zəngiçay" formasında 1728-ci ilə aid türkcə arxiv sənədində[8][9] və XVII əsrə aid erməni mənbələrində çəkilir[10] . Göycədən axaraq Araza tökülür. Çayın digər adı — Razdandır. Hrazdan formasında V əsrdən mə'lumdur (Moisey Xorenasi, II kitab, 11-ci fəsil). XVIII əsrdə yaşamış Arakel Davrijetsi Eçmiadzin katalikosu Davidin şah I Abbasa dediklərini belə vermişdir: "Padşahum, Zanki çayında mana bir içum su vermadilar"[11]. Azərbaycanda Ismayıllı rayonunda Zəngiçay adı ilə eynidir. Qobustanın Cəmcəmli kəndinin cənub qərbində Zəngidərə (Qaradərə) və Dağlıq Şirvanda Zən-gidərə vardır. Bu toponimdə zəngi "qara", "həbəş" mə'nasındadır, çünki çay Zəngidərədən (Qaradərədən) axır.[12]

  • ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 75 Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur.
  1. Акведук // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 200.
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. 1913. Тифлис.
  3. Еремеев Д.Е. Происхождение юрюков и туркмен Турции и основные этапы их истории. “Этнические процессы и состав населения в странах Передней Азии”. М.,. 1963.
  4. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  5. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s. 123, 257
  6. 256, s.26
  7. "Ermənilər İrəvan qalasını məhv etməsəydilər, indi onun 500 yaşı tamam olacaqdı". 2020-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.
  8. İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
  9. Геюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, философии и права. № 3. 1972.
  10. Аракел Даврижеци. Книга историй. М.,. 1973.
  11. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı. 1987.
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Зәнҝичај // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
Zəngi çayı