Vikipediya:Bilirsinizmi namizədləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Ana səhifənin "Bilirsinizmi" bölməsi vikipediya məqalələrində yer alan maraqlı faktları oxucularla tanış etmək, beləcə, həmin məqalərə diqqət çəkmək məqsədi daşıyır. Hər həftə üçün nəzərdə tutulmuş "Bilirsinizmi" paketində 5 fakt olmalıdır. Bu səhifə "Bilirsinizmi" bölməsi üçün fakt namizədliklərini koordinasiya etmək və bölməyə marağı artırmaq üçün nəzərdə tutulmuşdur. Əgər Ana səhifədəki hər hansı bir faktla bağlı konkret iradınız varsa, zəhmət olmasa, bunu açıq şəkildə müzakirə səhifəsində qeyd edin. Arxivlərə buradan baxa bilərsiniz.

Kriteriyalar

[mənbəni redaktə et]
  • Faktın yer aldığı məqalə vikiləşdirilmiş olmalı, məlumatları istinadlı olmalı və ən az 2000 bayt ölçüsündə (istinadları, cədvəlləri, siyahıları, şablon başlıqlarını çıxmaqla) olmalıdır.
  • Fakt əlaqəli məqalələrin içərisində etibarlı bir mənbə ilə göstərilməlidir, yəni mütləq istinadlı olmalıdır.
  • Fakt oxucuda maraq oyadan, diqqəti cəlb edən, maraqlı bir məlumat ehtiva etməlidir. Standart məlumatlar (Bakı Azərbaycanın ən böyük şəhəri və paytaxtıdır, "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyovdur) bilirsinizmi bölməsində verilməməlidir. Şablon faktlardan çəkinilməlidir.
  • Fakt dəqiq və tez bir zamanda dəyişməyən bir məlumat ehtiva etməlidir.

Formatlaşdırma

[mənbəni redaktə et]
  • Fakt sadəcə bir cümlə şəklində verilməli, aydın və cəlbedici formada yazılmalıdır.
  • Fakt cümləsində yer aldığı məqalənin adı qalın şriftlə verilməli və həmin məqaləyə keçid verilməlidir.
  • Əsas məqaləyə (bəzi hallarda birdən artıq məqalə ola bilər) olan keçidlərdə şəkilçilər də qalın verilməlidir, digər keçidlər də bu formada, bitişik olmalı, şəkilçilər boş qalmamalıdır.
  • Cümlənin uzunluğu 200 simvoldan (boşluqlar daxil) çox olmamalıdır (keçidlər daxil deyil).
  • Fakt cümləsi tərəfsiz yazılmalıdır.
  • Fakt cümləsi parafraz edilə bilər, oxucunun diqqətini cəlb edəcək formada yazıla bilər.
  • Hər sözə keçid verməyin, keçidlərin doğruluğundan və vacib mövzulara keçidlər verildiyindən əmin olun.
  • Məqalə personaj və ya uydurma haqqındadırsa, cümlə real dünyaya uyğun şəkildə verilməlidir.

Bilirsinizmi bölməsindəki şəkil:

  • Azad lisenziyalı olmalıdır.
  • Məqalədə olmalı və fakt cümləsinə uyğun olmalıdır.
  • Ölçüsü 130px-dən çox olmamalıdır.
  • Fotonun aid olduğu fakt cümləsinin içərisində "(şəkildə)" yazısı qoyulmalı, alt yazısı ilə göstərilməlidir. Həmin fakt bölmədə ilk fakt kimi verilməlidir.
  • Faktdan asılı olaraq səs və videofayllardan da istifadə oluna bilər.

İstifadəçi qutuları

[mənbəni redaktə et]
Kod Nəticə
{{Şablon:İstifadəçi Bilirsinizmi sayı|5}}
Bu istifadəçi 5 Bilirsinizmi faktı təqdim edib.
İstifadəsi
{{Şablon:İstifadəçi Bilirsinizmi|9}}
Bu istifadəçi tərəfindən yazılmış və ya genişləndirilmiş 9 məqalə Bilirsinizmi bölməsində yer almışdır.
İstifadəsi
  • Qeydiyyatdan keçmiş hər bir istifadəçi yuxarıdakı kriteriyalara əsasında faktlar təqdim edə bilər.
  • Müəyyən bir ölkə və ya mövzuya fokuslanmaqdan çəkinin. Hər həftənin Bilirsinizmi bölməsindəki 5 faktdan ən çoxu sadəcə bir mövzuda 2-si eyni ölkə və ya mövzuya aid ola bilər.
  • Fakt təqdim edərkən tərəfsiz olun, yaşayan şəxslər haqqında məqalələrə həssaslıqla yanaşın.

Fikir bildirmə

[mənbəni redaktə et]
Simvol Kod Hazırdır? Açıqlama
{{BN-bəli}} Bəli Problem yoxdur, hazırdır.
{{BN-xn}} Bəli Hazırdır, oflayn və ya xarici dilli mənbə xoşniyyətlə qəbul edilib.
{{BN?}} Sual Faktla bağlı dəqiqləşdirilməli olan problem var.
{{BN-bəlkə}} Bəlkə Təsdiqlənməsi üçün düzəlişlər lazımdır.
{{BN-xeyr}} Xeyr Uyğun deyil.
{{BN-təkrar}} Xeyr Təkrar faktdır.

Təsdiqlənmiş "Bilirsinizmi" faktlarının sayına əsasən istifadəçilər aşağıdakı medalları qazana biləcəklər:

Namizədliklər

[mənbəni redaktə et]
Namizədlik ver

Fakt təqdim et

Şəkilli fakt təqdim et


Cari namizədliklər (arxiv üçün bura baxın)
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 11:02, 28 iyul 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 11:03, 28 iyul 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 11:05, 28 iyul 2024 (UTC)[cavabla]
Normaldı, verilə bilər məncə. Hörmətlə, Qədir (müzakirə) 22:20, 26 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 14:58, 5 avqust 2024 (UTC)[cavabla]
O qədər də maraqlı fakt deyil. Kosmik Ozan utora! 11:47, 9 avqust 2024 (UTC)[cavabla]
White Demon, ruvikinin bilirsinizmi hissəsində vardı. --► Hörmətlə: SolaVirum 09:32, 13 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Crepusculum
Namizədlik verən: Crepusculum (müzakirə) 08:47, 6 avqust 2024 (UTC)[cavabla]
Faktla bağlı dəqiqləşdirilməli olan problem var. Fakt 200 simvolu keçməməlidir. Kosmik Ozan utora! 09:45, 6 avqust 2024 (UTC)[cavabla]
@White Demon qısaltdım. 200 simvol çox azdı. Bəlkə onu 230 edək ? Crepusculum (müzakirə) 09:56, 6 avqust 2024 (UTC)[cavabla]
Bəy, 200 simvol həm EnVikidə, həm RuVikidə, həm TrVikidə standartdır. Hətta EnVikidə tövsiyə olunan uzunluq 150-160 simvoldur, deyirlər ki, bu həddi keçməsin. 230 simvol ümumiyyətlə çox uzundur. Kosmik Ozan utora! 09:58, 6 avqust 2024 (UTC)[cavabla]
Çox detala girmədən kompakt olması yaxşıdı. Envikidə və ruvikidə 10 və üzəri fakt verirlər deyə normaldı o simvolda olması. Hörmətlə, Qədir (müzakirə) 14:23, 11 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Crepusculum
Namizədlik verən: Crepusculum (müzakirə) 08:55, 6 avqust 2024 (UTC)[cavabla]
Fakta bir az düzəliş verdim, çünki əvvəlki versiya elə də maraqlı deyildi. Kosmik Ozan utora! 12:04, 6 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Crepusculum
Namizədlik verən: Crepusculum (müzakirə) 08:58, 6 avqust 2024 (UTC)[cavabla]
  • 1966-cı ilin 1 avqust tarixində Texas ştatının Ostin şəhərində yerləşən Ostin Texas Universitetinin mərkəz qülləsinə dırmaşan Çarlz Vitman özünə məxsus Remington Model 700 snayper tüfəngi ilə 96 dəqiqə ərzində ətrafdan keçən insanlara atəş açıb. Qətliam nəticəsində 18 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.
Fakt və ya məqalə müəllifi: Crepusculum
Namizədlik verən: Crepusculum (müzakirə) 09:02, 6 avqust 2024 (UTC)[cavabla]
Uyğun deyil. fakt özü kifayət qədər maraqlı deyil. Kosmik Ozan utora! 09:46, 7 avqust 2024 (UTC)[cavabla]
  • SSRİ tarixinin ən böyük dəmiryolu qəzası nəticəsində 575 nəfər həlak olub. Hadisənin rəsmi səbəbi kimi təhlükəli madddələrin dəmiryolu xəttinin yaxınlığında yerə yataraq formalaşdırdığı qaz gölü göstərilmişdir.
Fakt və ya məqalə müəllifi: Crepusculum
Namizədlik verən: Crepusculum (müzakirə) 09:10, 6 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Dr.Wiki54
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:07, 6 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Qızılbaş
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:09, 6 avqust 2024 (UTC)[cavabla]
  • Əliheydər Qarayev həm Azərbaycan, həm Gürcüstan parlamentlərinin deputatı olmuş yeganə şəxsdir.
Fakt və ya məqalə müəllifi: Dr.Wiki54
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:17, 6 avqust 2024 (UTC)[cavabla]
Faktla bağlı dəqiqləşdirilməli olan problem var. bu fakt məqalədə istinadla göstərilib? Kosmik Ozan utora! 09:44, 7 avqust 2024 (UTC)[cavabla]
@White Demon, bunu Dilqəm Əhmədin bir yazısında oxumuşdum, amma indi tapa bilmirəm. O dövrdə hər iki ölkədə fəaliyyət göstərən Haqverdiyev və Qarayev olmuşdur. Haqverdiyev səfir Qarayev isə deputat oldu Azərbaycanda. İndilik bu faktı AXC və GDR olaraq dəyişmək olar. - Dr.Wiki54 (müzakirə) 10:02, 7 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Müxtəlif
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:20, 6 avqust 2024 (UTC)[cavabla]
O qədər maraqlı fakt deyil. Kosmik Ozan utora! 11:47, 9 avqust 2024 (UTC)[cavabla]
@White Demon, məncə Rəsulzadənin SSRİ-də vəzifə alması o qədər də maraqsız deyil. Bu vəzifəyə də həbsdən Stalin tərəfindən qurtarılaraq təyin olunması. Dr.Wiki54 (müzakirə) 13:17, 9 avqust 2024 (UTC)[cavabla]
Əslində düz deyirsiz, cümlənin quruluşunu bir az dəyişsəm, maraqlı görünər. Amma belə də problem ortaya çıxır ki, fakt cümlədə istinadsız verilib. Bilirsinizmi faktı məqalədə mütləq istinadla göstərilməlidir. Kosmik Ozan utora! 13:25, 9 avqust 2024 (UTC)[cavabla]
@White Demon, həll etdim Dr.Wiki54 (müzakirə) 14:24, 9 avqust 2024 (UTC)[cavabla]
Məncə maraqlıdır, amma bizə fərqli və hər sahədən faktlar lazımdır, həmişə eyni istifadəçilər təqdim etdiyi üçün eyni mövzular olur. Hörmətlə, Qədir (müzakirə) 22:45, 26 avqust 2024 (UTC)[cavabla]
Bu bizim problemimiz deyil. Dr.Wiki54 (müzakirə) 16:55, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Xoncha
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:27, 6 avqust 2024 (UTC)[cavabla]
Yaxşıdı. Hörmətlə, Qədir (müzakirə) 22:35, 26 avqust 2024 (UTC)[cavabla]
  • İmdadiyyə dərnəyi 1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Rusiyanın qabaqcıl təhsil müəssisələrinə üz tutan azərbaycanlı gənclərə yardım göstərmək məqsədilə yaradılıb.
Fakt və ya məqalə müəllifi: Rəcəb Yaxşı
Rəcəb Yaxşı Rəcəb Yaxşı (müzakirə) 10:23, 9 avqust 2024 (UTC)[cavabla]
  • Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri olan İsmayıl xan Ziyadxanov Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir.
Fakt və ya məqalə müəllifi: Rəcəb Yaxşı
Rəcəb Yaxşı Rəcəb Yaxşı (müzakirə) 10:28, 9 avqust 2024 (UTC)[cavabla]
mətnə düzəlişlər etmək lazımdır, dəxlisiz uzundur, keçidləri də azdır. Təklif edirəm ki, belə olsun: Azərbaycan dövlət xadimi, Rusiya imperiyası I Dövlət Dumasının deputatı olmuş İsmayıl xan Ziyadxanov Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. --► Hörmətlə: SolaVirum 09:29, 13 avqust 2024 (UTC)[cavabla]
Mənə qəti fərqi yoxdur. Bölmə üçün nə qədər çox informasiya olsa o qədər yaxşıdır. Rəcəb Yaxşı (müzakirə) 11:54, 20 avqust 2024 (UTC)[cavabla]
Solavirum təklif etdiyi versiya məqbuldu. Hörmətlə, Qədir (müzakirə) 22:37, 26 avqust 2024 (UTC)[cavabla]
  • 1 avqust 1944-cü ildə nasistlərə qarşı başlayan Varşava üsyanının yatırılmasında və 5-12 avqust tarixlərində almanların şəhərin Vola rayonunda törətdikləri kütləvi qətllər nəticəsində onminlərlə dinc sakin qətlə yetirilib. Bu hadisələrdə almanlar tərəfdə döyüşən Azərbaycan legionunun iki taboru iştirak edib.
Fakt və ya məqalə müəllifi: En Merker
Namizədlik verən: --Tarixi Nadir (müzakirə) 08:09, 17 avqust 2024 (UTC)[cavabla]
Adi məlumat kimi qeyd olunub, cümlə fakt kimi təqdim edilərək oxucuda maraq oyatmalıdır, həmçinin bir cümlə olmalı, keçidlərin doğru yerlərdə doğru verilməsinə diqqət yetirilməli və simvol sayı bu qədər uzun olmamalıdır (maksimum təxminən 200 qədər olmalı). Hörmətlə, Qədir (müzakirə) 08:22, 17 avqust 2024 (UTC)[cavabla]
Hadisə maraqlıdır amma yaxşı deyil(( ad batıran söhbətdi. Rəcəb Yaxşı (müzakirə) 11:53, 20 avqust 2024 (UTC)[cavabla]
1 avqust 1944-cü ildə nasistlərə qarşı başlayan Varşava üsyanının yatırılmasında almanlar tərəfdə döyüşən Azərbaycan legionunun iki taboru iştirak edib. --Tarixi Nadir (müzakirə) 09:43, 17 avqust 2024 (UTC)[cavabla]
Xəstəxanadakı qətliamda iştirak ediblər deyə bilirəm --► Hörmətlə: SolaVirum 22:12, 26 avqust 2024 (UTC)[cavabla]
2020-ci il iyul. Təbrizdə Azərbaycana dəstək üçün əlində bayraq tutan ailə.
2020-ci il iyul. Təbrizdə Azərbaycana dəstək üçün əlində bayraq tutan ailə.
  • Bilirsinizmi II Qarabağ müharibəsi dövründə İranda yaşayan azərbaycanlılar ondan çox şəhərdə Azərbaycana dəstək aksiyaları keçiriblər.Nəticədə yüzlərlə azərbaycanlı həbs olunub, işgəncələrə məruz qalıb və təqib olunublar.
Fakt və ya məqalə müəllifi: Rəcəb Yaxşı
Namizədlik verən: --Rəcəb Yaxşı (müzakirə) 12:16, 20 avqust 2024 (UTC)[cavabla]
Uyğun deyil. Maraqlı fakt deyil, diqqətçəkən nə isə yoxdur. Hörmətlə, Qədir (müzakirə) 12:26, 20 avqust 2024 (UTC)[cavabla]
Bu faktı ölkəmizdə neçə insan bilir? Eyni müharibə dövründə başqa hansı ölkədə Azərbaycana dəstək məqsədli belə geniş aksiyalar oldu? Başqa hansı ölkədə Azərbaycana dəstək verdiyi üçün yüzlərlə insan həbs olundu? Bu insanların məhkəmələri hələ də davam edir. Qadın, uşaq, qoca demədən yüzlərlə insan döyülüb həbs olunub. Müharibə dövründə İrandan başqa dünyanın heç bir ölkəsində müharibə tərəflərindən birinə dəstək verən aksiyaçılar belə şiddət görməyiblər. Rəcəb Yaxşı (müzakirə) 12:03, 23 avqust 2024 (UTC)[cavabla]
Ola bilər, amma belə fakt yox, xəbər və informasiya kimi görünür. Bəlkə də cümləni bir az maraqlı hala gətirsəniz uyğun ola bilər. Həmçinin fakt sadəcə bir cümlə ilə ifadə olunmalıdır. Şəkilə ehtiyac var? Mövzunu tam təmsil edən maraqlı şəkil olmalıdır, spesifik hallarda olur. Hörmətlə, Qədir (müzakirə) 12:05, 23 avqust 2024 (UTC)[cavabla]
Düşünürəm ki, bilirsinizmilik fakt deyil. Faktın maraqlı olması bilirsinizmi bölməsi üçün əsas tələblərdən biridir. Düşünürəm ki, müvafiq məqalənin içini araşdıraraq daha maraqlı fakt ortaya çıxarmaq olar. Şiroi Akuma 04:53, 25 avqust 2024 (UTC)[cavabla]
Mən həmfikirəm bu fikirlə. Hörmətlə, Qədir (müzakirə) 09:04, 25 avqust 2024 (UTC)[cavabla]
Məncə də bilirsinizmilik formada hazırlanmayıb və ümumiyyətlə layihənin məqsədi başa düşülməyib. --► Hörmətlə: SolaVirum 08:57, 28 avqust 2024 (UTC)[cavabla]


  • "YouTube"un həmtəsisçisi Caved Kərim veb-saytın biznes qərarlarını tənqid etmək üçün dəfələrlə "Me at the zoo" adlı videosunun təsvir hissəsindən istifadə etmişdir.
Fakt və ya məqalə müəllifi: Gadir
Namizədlik verən: Hörmətlə, Qədir (müzakirə) 12:36, 20 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: White Demon
Namizədlik verən: Şiroi Akuma 04:56, 25 avqust 2024 (UTC)[cavabla]
Maraqlıdı. Hörmətlə, Qədir (müzakirə) 22:38, 26 avqust 2024 (UTC)[cavabla]
Mənəmən
Mənəmən
Fakt və ya məqalə müəllifi: Gadir
Namizədlik verən: P.S. Fakt kimi dəyərləndirin lütfən, məqalə həcmi böyüdüləcək. Hörmətlə, Qədir (müzakirə) 22:13, 26 avqust 2024 (UTC)[cavabla]
Maraqlıdır. Mən hesab edirdim ki, tərsinədir. Dr.Wiki54 (müzakirə) 16:56, 30 avqust 2024 (UTC)[cavabla]


Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 15:18, 27 avqust 2024 (UTC)[cavabla]
Problem yoxdur, hazırdır. Maraqlı faktdır. Şiroi Akuma 04:16, 28 avqust 2024 (UTC)[cavabla]
Problem yoxdur, hazırdır. Hörmətlə, Qədir (müzakirə) 06:51, 28 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:13, 28 avqust 2024 (UTC)[cavabla]
Türkiyə bayrağı yox, türk bayrağı yazsaq daha məqbul olar. Çünki Osmanlı mı, TR-dir mi, üç hilallı yaşıl bayraqdır mı tam açıqlanmayıb. Dr.Wiki54 (müzakirə) 16:58, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:19, 28 avqust 2024 (UTC)[cavabla]
Gözəl faktdır. ancaq Təəssüf ki, bu fakt ittihadçıların xain olduğu iddiasına rəvac verəcək. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:21, 28 avqust 2024 (UTC)[cavabla]
Məncə fakt o qədər də maraqlı deyil. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:24, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqlı faktdır. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:27, 28 avqust 2024 (UTC)[cavabla]
Uyğun deyil. Altdakı fakt maraqlıdır amma. Hörmətlə, Qədir (müzakirə) 10:55, 30 avqust 2024 (UTC)[cavabla]
Maraqsızdır. Dr.Wiki54 (müzakirə) 17:00, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:30, 28 avqust 2024 (UTC)[cavabla]
Mən bir mənbədə təhvil verilən zaman əllərinin bağlandığını oxumuşdum. Əgər bu fakt haqda məlumatınız varsa və əsaslıdırsa, əlavə etmək olar. Dr.Wiki54 (müzakirə) 17:01, 30 avqust 2024 (UTC)[cavabla]
Bəli, doğrudur. Amma həssas məqamdır, məqalədə də bu barədə qeyd edilməyib. Hörmətlə, Qədir (müzakirə) 17:09, 30 avqust 2024 (UTC)[cavabla]
  • Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütunu – dövlətin və dinin rəmzi idi.
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:34, 28 avqust 2024 (UTC)[cavabla]
Məncə, maraqsızdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:36, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqsızdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:38, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqlıdır, amma İran gerbindəki deyəndə şah dövrü olduğunu vurğulamaq lazımdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Düzəltdim --► Hörmətlə: SolaVirum 17:22, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:06, 30 avqust 2024 (UTC)[cavabla]
  • 1995-ci ildə qəbul edilən Belarus gerbi sovet ənənəsini davam etdirmək məqsədini daşıyırdı.
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:11, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:14, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:16, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:18, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:20, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 12:40, 2 sentyabr 2024 (UTC)[cavabla]
Problem yoxdur, hazırdır. babat faktdır) Şiroi Akuma 12:52, 2 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 13:13, 2 sentyabr 2024 (UTC)[cavabla]
Problem yoxdur, hazırdır. Şiroi Akuma 13:22, 2 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 13:26, 2 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 15:08, 3 sentyabr 2024 (UTC)[cavabla]