Levkipp

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Levkipp
Λεύκιππος
Doğum tarixi e. ə. V əsr
Doğum yeri
Vəfat tarixi e. ə. V əsr
İstiqaməti Atomistika, Materializm, Sokrataqədərki fəlsəfə
Əsas maraqları fəlsəfə, Kosmologiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Levkipp, Leukippus (yun. Λεύκιππος, e. ə. V əsr, güm. Milete. ə. V əsr) — qədim yunan filosofu.

Qədim yunan filosoflarından olan, Atomçuluq məktəbin nümayəndəsi Levkipp Miletdə doğulub. Bəziləri belə hesab edir ki, o, Abderdə və ya Eleada dünyaya gəlib. Epikür isə deyirdi ki, yunan fəlsəfi fikir tarixində Levkipp adında filosof olmamışdır. Belə fikir də vardır ki, Levkipp gənc Demokritin təxəllüsüdür, lakin son illərin tədqiqatları və xüsusən keçən əsrdə Dilsin, Zellerin, görkəmli fılosof və tarixçi Makovelskinin araşdırmaları sübut edir ki, Levkippin fılosof kimi mövcudluğu tarixi həqiqətdir. O, Miletdə yaşayıb, sonra Elea şəhərinə köçüb, orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Dils Levkippin iki kitabını müəyyən edib. Onun başqa əsərləri və fikirləri haqqında məlumatı müxtəlif mənbələrdən almaq mümkündür.

Atomlar haqqında fikirləri

[redaktə | mənbəni redaktə et]

Levkipp belə hesab edirdi ki, gerçəkliyin əsasında atomlar və boşluq durur. "Atomlar boşluqda hərəkət edən varlıqdır"[1]. O, boşluğu varlıq saymır, lakin qeyd edirdi ki, boşluq heç də varlıqdan kiçik bir şey deyildir. Atom haqqında təlimi birinci dəfə Levkipp irəli sürmüşdür. O göstərirdi ki, "vahid mövcud olan atomlar boşluqdur". Levkipp atomları öz böyüklüyü, forması, düzülüşü və vəziyyəti ilə xarakterizə edirdi. O sübuta çalışırdı ki, hadisələr səbəbiyyət əlaqələri ilə bağlıdır. Atomlar şeylərin səbəbidir, onların birləşməsi və ayrılması nəticəsində şeylər yaranır və məhv olur. Levkipp bu barədə "Əql haqqında" əsərində yazırdı: "Heç bir şey səbəbsiz meydana gəlmir, ancaq hər şey bir əsas üzərində zərurətdən yaranır". Levkippin bir xidməti də ondan ibarətdir ki, o, eleylilərin "dəyişməz varlığı" ilə Heraklitin "daim dəyişən" varlığını dialektikcəsinə birləşdirdi.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 55-56. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, 388–389.