Ballıqaya qətliamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ballıqaya qətliamı
Qarabağ münaqişəsi
Ballıqayada soyqırım günü: Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində soyqırıma aid hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldimiş kollaj
Tarix 28 avqust 1992-ci il
Yeri Ballıqaya, Goranboy rayonu, Azərbaycan
Səbəbi Ərazidə məskunlaşan dinc əhali arasında vahimə yaratmaq.
Nəticəsi Dinc sakinlər arasında çox sayda şəhid və yaralanlar oldu.
Ərazi dəyişikliyi Ərazidə dinc əhalinin yaşamasına son qoyuldu.
Ümumi itkilər
24 nəfər şəhid,
5 nəfər ağır yaralı,
4 nəfər yüngül xəsarət

Ballıqaya qətliamıErmənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı.[1]

Hadisə öncəsi

[redaktə | mənbəni redaktə et]

1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra[2] Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar[3][4][5].

Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.[6]

Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu[7].

Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

" 1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq.
Züleyxa Abdullayeva[8]
"

Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı[9].

Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır[10].

Soyqırım qurbanları

[redaktə | mənbəni redaktə et]
Soyadı, adı, atasının adı Təvəllüdü Doğum yeri Yaşı Dəfn olunduğu yer
1 Abdullayev Abdulla Bədəl oğlu 1934 Nağdalı, Laçın rayonu 58 Qaradəmirçi, Bərdə rayonu
2 Abdullayev Fərman Abdulla oğlu 20.03.1962 Nağdalı, Laçın rayonu 30 Qaradəmirçi, Bərdə rayonu
3 Abdullayeva Səadət Abdulla qızı 01.12.1973 Nağdalı, Laçın rayonu 19 Qaradəmirçi, Bərdə rayonu[11]
4 Alməmmədova Kəmalə Şəmil qızı 12.03.1976 Nağdalı, Laçın rayonu 16 Tumaslı, Bərdə rayonu
5 Alməmmədova Minarə Əbülqasım qızı 1930 Nağdalı, Laçın rayonu 62 Tumaslı, Bərdə rayonu
6 Alməmmədova Zeynəb Şəmil qızı 02.02.1972 Nağdalı, Laçın rayonu 20 Tumaslı, Bərdə rayonu
7 Hümbətov Bəxtiyar Vəzir oğlu 23.01.1982 Nağdalı, Laçın rayonu 10 Güllücə, Ağdam rayonu
8 Hümbətov Canpolad Vəzir oğlu 06.03.1992 Nağdalı, Laçın rayonu 6 aylıq Güllücə, Ağdam rayonu
9 Hümbətov Elçin Vəzir oğlu 09.01.1980 Nağdalı, Laçın rayonu 12 Güllücə, Ağdam rayonu
10 Hümbətov İsmayıl Vəzir oğlu 22.02.1984 Nağdalı, Laçın rayonu 8 Güllücə, Ağdam rayonu
11 Hümbətov Nəbati Vəzir oğlu 01.02.1986 Nağdalı, Laçın rayonu 6 Güllücə, Ağdam rayonu
12 Hümbətova Gülnar Vəzir qızı 20.02.1988 Nağdalı, Laçın rayonu 4 Güllücə, Ağdam rayonu
13 Hümbətova Hürzaman Qara qızı[12] 10.09.1959 Nağdalı, Laçın rayonu 33 Güllücə, Ağdam rayonu
14 Mehdiyev Fikrət Hümbət oğlu 10.10.1961 Nağdalı, Laçın rayonu 31 Nazırlı, Bərdə rayonu
15 Mehdiyev Hümbət Əbülqasım oğlu 1930 Nağdalı, Laçın rayonu 62 Nazırlı, Bərdə rayonu
16 Mehdiyev Mehdi Hümbət oğlu 01.01.1973 Nağdalı, Laçın rayonu 19 Nazırlı, Bərdə rayonu
17 Mehdiyev Rəhbər Məhəmməd oğlu 1953 Nağdalı, Laçın rayonu 39 Nazırlı, Bərdə rayonu
18 Mehdiyeva Ayna Hümbət qızı 30.10.1967 Nağdalı, Laçın rayonu 25 Nazırlı, Bərdə rayonu
19 Mehdiyeva Bəyim Aydın qızı 1959 Şamkənd, Laçın rayonu 33 Nazırlı, Bərdə rayonu
20 Mehdiyeva Gülayə Əli qızı 1925 Şamkənd, Laçın rayonu 67 Nazırlı, Bərdə rayonu
21 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahimxəlil qızı 1935 Nağdalı, Laçın rayonu 57 Nazırlı, Bərdə rayonu
22 Kəlbalıyeva Nübar Muradxan qızı 01.12.1952 Kürdhacı, Laçın rayonu 40 Nazırlı, Bərdə rayonu
23 Mehdiyeva Suraya Məhəmməd qızı 14.09.1956 Nağdalı, Laçın rayonu 36 Nazırlı, Bərdə rayonu
24 Vəliyeva Zeynəb Hüseyn qızı 1882[13] Nağdalı, Laçın rayonu 110 Tumaslı, Bərdə rayonu

Cinayət işinin açılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.[14]

Hadisədən sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır[15].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir[16].

  1. Mir Cəfər, Bərdə şəhidləri, Bakı, Sabah, 2005. səh. 240-241
  2. Xəzər TV. "Ballıqaya qətliamından 29 il ötür" (az.). Youtube.com. 27.08.2021. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
  3. "Sultan hümbətov, Ballıqayada soyqırım". 2016-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  4. Ballıqayada soyqırım[ölü keçid]
  5. Ballıqayada soyqırım[ölü keçid]
  6. Sultan Hümbətov. "Nağdalı kəndi". Laçın yurdu (az.). Bəxtiyar-4. 1(19). 2016: 16. (#accessdate_missing_url)
  7. "Şəhidlərimiz and yerimiz". Laçın yurdu (az.). Bəxtiyar-4. 2 (9). 2013. (#accessdate_missing_url)
  8. Real TV. "Ballıqayanı qanlıqayaya çevirənlər" (az.). Youtube.com. 28.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
  9. "qlobal.az, Ballıqayada soyqırım". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  10. Sultan Hümbətov. "Ballıqayada soyqırım". Laçın qəzeti (az.). "Ekspres Servis". 09(11967). 16 avqust 2016-cı il: səh.3. (#accessdate_missing_url)
  11. İctimai TV. "Ballıqaya qətliamının növbəti ildönümüdür" (az.). Youtube.com. 26.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  12. AzTV. "Ermənistanın insanlığa qarşı törətdiyi daha bir cinayət - Ballıqaya faciəsindən 30 il ötür" (az.). Youtube.com. 26.08.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  13. İctimai TV. "Ballıqaya faciəsindən 28 il ötür" (az.). Youtube.com. 28.08.2020. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
  14. Real TV. "Ballıqaya qətliamından 29 il ötür" (az.). Youtube.com. 27.08.2021. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
  15. "1992: Ermənilərin daha bir qətliamı üzə çıxdı" (az.). axar.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  16. "Ballıqayada soyqırım". 2016-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]