43°37′39″ şm. e. 144°19′46″ ş. u.HGYO

Kuşşaro gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kuşşaro gölü
yap. 屈斜路湖
2013-cü ilin iyulunda.
2013-cü ilin iyulunda.
Ümumi məlumatlar
Tipi krater
Mütləq hündürlüyü 121 m
Sahil uzunluğu 57 km
Sahəsi 79,3 km²
Həcmi 2,25 km³
Dərin yeri 118[1]
Orta dərinliyi 28,4 m
Tökülən çaylar Atosa çayı, Amemasu çayı, Onnenay çayı, Şikerepenbetsu çayı, Onneşireto çayı, Toykoy çayı, Meşikimemu çayı, Enetokomappu çayı, Ossappe çayı
Axan çay Kuşiro çayı
Yerləşməsi
43°37′39″ şm. e. 144°19′46″ ş. u.HGYO
Ölkə  Yaponiya
Əyalət
Rayon
Ada Nakacima adası
Kuşşaro gölü xəritədə
Kuşşaro gölü
Kuşşaro gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuşşaro gölü (屈斜路湖, Kussharo-ko?)Yaponiyanın Hokkaydo prefekturasının şərqində, Akan Milli Parkında yerləşən kaldera gölü. Hokkaydoda yerləşən bir çox toponim kimi bu gölün də adı Aynu dilindəndir. Səthinin sahəsinə görə Yaponiyanın ən böyük kaldera gölü, ümumilikdə isə 6-cı ən böyük gölüdür. Həmçinin Yaponiyada qışda tamamilə buz bağlayan ən böyük göldür.

Kuşşaro kalderası və Maşu kalderası.

Gölün ortasında yerləşən Nakacima adası (Toya gölündə yerləşən eyniadlı ada ilə qarışdırmamalı) qarışıq vulkandır. Vulkan qazları gölün suyunun turşumasına səbəb olur, buna görə də gölə çay tökülən hissələr istisna olmaqla göldə çox az balıq növü yaşayır. Turşuluğa davamlı olan al-əlvan qızılxallı süni şəkildə gölə buraxılıb. 1951-ci ildə göldə nadir sikada növü (Oncotympana maculaticollis) kəşf edilmişdir və hökumət tərəfindən mühafizə olunur. Göl həmçinin harayçı qu quşlarının miqrasiya yolunun üzərində yerləşir.

Gölün sahilində bir neçə isti bulaq yerləşir. Gölə daxil olan Vakoto yarımadasında bir neçə aktiv kükürd çıxışı yerləşir.

Göl Yaponiyanın Lox Nessi kimi tanınır. 1973-cü ildə göldə Kuşşi adlandırılan bədheybətin göründüyünə dair məlumatlar yayılmışdır.

  1. Geographical Survey Institute map 25000:1 屈斜路湖

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]