Vilyam Hoqart
Vilyam Hoqart | |
---|---|
William Hogarth | |
| |
Doğum tarixi | 10 noyabr 1697[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1764[3][4][…] (67 yaşında) və ya 25 oktyabr 1764[5][6] (67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, karikaturçu, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], boyakar[d] |
Janrlar | tarix rəssamlığı, portret[9], karikatur[8], janr rəssamlığı[8] |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Hoqart (ing. William Hogarth; 10 noyabr 1697[1][2][…], London[7][8][…] – 26 oktyabr 1764[3][4][…] və ya 25 oktyabr 1764[5][6], London[7][6][…]). İngilis rəssamı, qravürçü, satirik rəssam, sosial tənqidçi, karikaturist. Hoqartın yaradıcılığı realistik portretdən komikslərə qədər dəyişir. Onun üslubunda çəkilmiş satirik siyasi illustrasiyalar çox vaxt "Hoqartian" adlandırılır.
Həyatı və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Hoqart Londonda kasıb latın dili müəllimi Riçard Hoqart və Anna Gibbonsun ailəsində dünyaya gəlib. Gənclik illərində Ellis Gambl adlı qravürçünün yanında şagirdlik edib və orada rokoko stili ilə tanış olub. 1720-ci ildə öz kiçik qravür emalatxanasını açır.
1727-ci ildə Hoqart, qobelen ustası Coşua Morris tərəfindən Yer elementi üçün dizayn hazırlamağa dəvət olunur. Morris, onun "rəssam yox, qravürçü" olduğunu eşidir və nəticədə iş bitdikdən sonra ondan imtina edir. Hoqart da öz növbəsində Vestminster Məhkəməsində Morrisə qarşı iddia qadırır və məhkəmə Hoqartın xeyrinə qərar çıxardır.
İlk satirik əsəri Cənub Dənizi Şirkəti illustrasiyası (1721) 1720-ci ildə ekonomik çökməyə səbəb olan "cənub dənizi balonu" kimi tanınan və ingilislərin çoxlu miqdarda pul itirməsinə səbəb olan hadisə haqqındadır. Onun ilk işlərinə, həmçinin, Lotereya (1724), Britaniya səhnəsinə qərəzsiz baxış (1724), Maskarad və Operalar (1724) və s. aiddir. Maskarad və Operalar isveçrə impresariosu Con Ceyms Heydeqer, italyan opera ifaçıları, Riçard Boylun himayədarı rəssam və memar Vilyam Kentin şişirdilmiş məşhurluğu haqqında satiradır.
1726-cı ildə Hoqart, şair Samuel Batlerin Hyudobras poeması üçün 12 böyük qravür hazırladı. Bu qravürlər Hoqartın əsərlərinin içində ən çox qiymətləndirilənlərdəndir.
Sonrakı illərdə Hoqart sujetli rəsmlərə diqqətini yönəldir. Hoqartın 1728 – 1732-ci illərdə yağlı boya ilə çəkilmiş rəsmləri arasında Faunteyn ailəsi, Uansted Evində yığıncaq və s. var. Hoqart aşağı təbəqənin səfil həyatı mövzusuna da müraciət edib. Qatil Sara Malkolmun edamından 2 gün əvvəl çəkdiyi eskizləri buna misal göstərmək olar.
Həmin dövrdə onun ən yaxşı əsərlərindən biri Con Draydenin Hindu imperator və ya Meksikanın fəthi səhnəciyində ifa edən uşaqlarn təsviri ortaya çıxır.
Hoqart bir çox əsərlərini 1730-cu illərdə yaratmışdır : Gecəyarısı Müasir Söhbət (1733), Yatmış Yığıncaq (1736), Əvvəl və Sonra (1736), Alimlər Leksiyada (1736), Fəlakətlər Şairi (1736), Günün Dörd Anı (1738), Səyahətçi Aktrisaların Anbarda Geyinməsi (1738) və s.
Fahişənin Tərəqqisi
[redaktə | mənbəni redaktə et]Bu əsərlərdən əlavə 1730–31-ci illərdə Hoqart onun tanınmasında əsas rol oynayan Fahişənin Tərəqqisi və İsrafçının Tərəqqisi kolleksiyalarını yaratdı. 6 səhnədən ibarət olan Fahişənin Tərəqqisi qravür kimi nəşr olunmazdan əvvəl rəsm kimi ortaya çıxdı. Fahişənin tərəqqisi kolleksiyasının orijinalı 1755-ci ildə Fonthill Evində yanğın zamanı məhv olur
İsrafçının Tərəqqisi
[redaktə | mənbəni redaktə et]8 rəsmdən ibarətdir və bütün pulunu dəbdəbəli həyata, fahişələrin xidmətinə və qumara sərf edən varlı tacirin oğlu Tom Reykuellin ləyaqətsiz həyatı haqqındadır — onun həyatı Bedlam xəstəxanasında sona çatır. İsrafçının Tərəqqisi kolleksiyası Londonda Ser Con Soun Muzeyində nümayiş olunur.
Dəbli Toy
[redaktə | mənbəni redaktə et]1743–45-ci illərdə ortaya çıxıb. Kolleksiya 6 rəsmdən ibarətdir və London Milli Qalereyasında saxlanılır. Hoqart, rəsmlərdə XVIII əsrin yuxarı təbəqəsini tənqid edir, pula hesablanmış tələsik nikahın faciəvi nəticəsi barəsində xəbərdarlıq edir.
"Cənub Dənizi Şirkəti illustrasiyası"
|
"Maskarad və Operalar"
|
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 William Hogarth (nid.).
- ↑ 1 2 William Hogarth // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
- ↑ 1 2 William Hogarth // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Smithsonian American Art Museum person/institution ID.
- ↑ 1 2 3 4 Benenson S. E. William Hogarth // Encyclopædia Britannica (ing.).
- ↑ https://www.npg.org.uk/collections/search/person/mp02217/william-hogarth?role=art.