Kardiologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

Kardiologiya — kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Yalnız həkim kardioloq kardioloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər. Ürək-damar sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma.