İkonoqrafiya

təsviri incəsənətdə simvollardan və mövzulardan istifadə

İkonoqrafiya (q.yun. εἰκών — "təsvir, surət" və γράφω — "çəkirəm") — təsviri incəsənətdə hər hansı personajın, yaxud süjet səhnəsinin qəbul edilmiş ciddi nizamlı sistemi. İkonoqrafiya qədimdə sənətin dini sitayiş və mərasimlərlə bağlılığından yaranmışdır. Sənətin dünyəviləşməsi və inkişafı ilə mövçud ikonoqrafiya sxemlərinin coxu dəyişilmiş, həm də yeniləri yaranmışdır.

"Səfirlər" (Hans Holbeyn (oğul), 1533)
İoann XrisostomQriqor Nazianzen (ikona, XVIII əsr)

İkonoqrafik sistemlərin başlanğıçını dini kultla əlaqəyə aid edirlər. İkonoqrafiya qaydalarına riayət etmək vacibliyi təşəkkül tapırdı. Ola bilər ki, bu təsvir edilmiş səhnənin və yaxud personajın tanınmasını rahatlaşdırmaq üçün edilib, lakin çox güman ki, bu təsviri dini iddialara uyğunlaşdırmaq zərurəti ilə edilirdi.

İkonoqrafiya bölünür:

Əsrlər ərzində, incəsənətin yeni məzmunla zənginləşməsi ilə, ikonoqrafik sxemlər vaxtaşırı dəyişikliyə məruz qalmışdır. İncəsənətin dünyəviləşməsi, realizmin və rəssamların (avropada intibah dövrü) yaradıcı individuallıqlarının inkişafı köhnə ikonoqrafik sxemlərin izah azadlığını şərtiləşdirdi, həmçininin daha az reqlamentləşdirilmiş yeni ikonoqrafik sxemlərin yaranmasına gətirib çıxardı.

Sənətşünaslıqda termindən istifadə

redaktə

Sənətşünalıqda ikonoqrafiya hər hansı personajın (həm real həm də əsatiri) və ya süjet səhnəsinin çəkilməsi zamanı qəbul olunmuş tipoloji əlamətlərin və sxemlərin təsnifi və sistemləşdirilməsidir.

İkonoqrafiya üsulu 1840-cı illərdə FransadaAlmaniyada orta əsrlər incəsənəti, onun mənbələri, dini və ədəbi halların öyrənilməsi vasitəsi kimi simvolikanın, alleqoriyalar, atributların və s. şərhini vermək yolu ilə formalaşmışdır.

XIX əsrin sonu, XX əsrin əvvəli rus incəsənət tarixçisi Nikodim Kondakov ikonoqrafiya üsulundan orta əsrlər Rusiya incəsənətində Bizans ənənələrini öyrənmək üçün istifadə etmişdir. Amerika alimi Ervin Panofski ikonoqrafiyanı ikonoloji metodun əsası kimi irəli sürmüşdür. İkonoloji üsul sənət əsərlərinin sujetni öyrənməklə onların əhəmiyyəti və mənasını həmin mədəniyyətin kontekstində öyrənməyi, onlarda əksini tapmış dünya görüşünü üzə çıxarmağı nəzərdə tutur. İkonoqrafiyaya məqsəd kimi deyil, incəsənətin sosial və estetik aspektlərinin hərtərəfli tədqiqini özündə birləşdirən sənət kimi yanaşma bədii əsərin anlaşılmasının əsas şərtlərindən biri hesab edilir.

İkonoqrafiya tarix elmində

redaktə

Tarix elmində ikonoqrafiya — hər hansı bir şəxsin və ya hadisənin təsvirinin həqiqiliyinin müəyyənləşdirilməsi, onların tanınması və tarixinin dəqiqləşdirilməsi metodikası və üsullar sitemidir. XX əsrdə tarixi ikonoqrafiya prinsipləri foto və kinodokumentlərə də aid edilir.

İstinadlar

redaktə
 İncəsənət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy