Dmitri Peskov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dmitri Peskov
rus. Дмитрий Сергеевич Песков
Rusiya Prezidentinin mətbuat katibi[d]
Vəzifədədir
22 may 2012-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1967(1967-10-17) (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Atası Sergey Peskov[d]
Uşaqları 3 (Nikolay Peskov daxil olmaqla)
Dini Rus Pravoslav Kilsəsi

Təltifləri "Şərəf" ordeni "Dostluq" ordeni "Şərəf nişanı" ordeni "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi 3-cü dərəcəli "Manas" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dmitri Sergeyeviç Peskov (17 oktyabr 1967, Moskva, SSRİ) — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirmişdir[1].

  1. "Песков признался, что был разгильдяем - Газета.Ru | Новости". Газета.Ru. 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]